Məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti uzadılıb

Məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti uzadılıb Məcburi köçkünlərin sosial müdafiəsi üzrə qərar qəbul olunub
Daxili siyasət
289
17 Mart , 2016 14:54
Məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti uzadılıb

Bakı. 17 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılır.

Qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinə müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi