Məcburi köçkünlər üçün dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi artırılıb

Məcburi köçkünlər üçün dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi artırılıb Dəyişiklikə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
330
2 Oktyabr , 2015 09:28
Məcburi köçkünlər üçün dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi artırılıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” qərara dəyişiklik edib. “Report”un xəbərinə görə, dəyişiklikə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlər dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatana qədər deyil, pensiya yaşına çatanadək işləyib əməkhaqqı almaq hüququna malik olacaq.

Son xəbərlər

Orphus sistemi