MDB PA-nın Azərbaycanda Prezident seçkilərini izləyəcək müşahidəçiləri sabah Bakıya gələcək

MDB PA-nın Azərbaycanda Prezident seçkilərini izləyəcək müşahidəçiləri sabah Bakıya gələcək Bakı. 7 aprel. REPORT.AZ/ MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün aprelin 8-də Bakıda olacaq.
Daxili siyasət
7 Aprel , 2018 13:41
MDB PA-nın Azərbaycanda Prezident seçkilərini izləyəcək müşahidəçiləri sabah Bakıya gələcək

Bakı. 7 aprel. REPORT.AZ/ MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycanda Prezident seçkilərini müşahidə etmək üçün aprelin 8-də Bakıda olacaq.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Beynəlxalq Monitorinq İnstitutunun Bakı filialının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğız Respublikasından olan deputatlardan ibarətdir.

Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın Beynəlxalq Monitorinq İnstitutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və ölkənin bölgələrində olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi