Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda Seçki Məcəlləsinə tam uyğunluq müşahidə olunur."
Bu barədə "Report"a MDB-nin Azərbaycanda keçirilən prezident seçkiləri üzrə müşahidə missiyasının üzvü Valeh Abbasov (Başqırdıstan) bildirib.
"Bir neçə seçki məntəqəsində olmuşuq, Azərbaycan Respublikasında Seçki Məcəlləsinə tam riayət olunduğunu müşahidə edirik", - V.Abbasov deyib.
O söyləyib ki, bundan sonra Bakıda bir sıra seçki məntəqələrində də müşahidə aparacaq.
Qeyd edək ki, V.Abbasov Səbail rayonunun 29 saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsində yaradılmış şərait və səsvermə prosesi ilə tanış olub.

