MDB müşahidə missiyasının rəhbəri: "Azərbaycanda seçkilər sakit ab-havada keçirilir və yaxşı təşkil olunub"

MDB müşahidə missiyasının rəhbəri: "Azərbaycanda seçkilər sakit ab-havada keçirilir və yaxşı təşkil olunub" "Heç bir pozuntu qeydə alınmayıb"
Daxili siyasət
11 aprel 2018 08:26
MDB müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçkilər sakit ab-havada keçirilir və yaxşı təşkil olunub
Report/ Firi Salim

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda seçkilər mütəşəkkil və sakit ab-havada keçirilir".

"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilən Prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, müşahidələr zamanı heç bir anlaşılmazlıq və ya pozuntu qeydə alınmayıb.

S.Lebedev qeyd edib ki, seçkilər sakit ab-havada keçirilir və yaxşı təşkil olunub.

"Azərbaycanda, eləcə də digər MDB ölkələrində seçki qanunvericiliyinin təkmilləşdirildiyi aydın görünür. Seçki prosesi daha nizamlı, daha açıq, şəffaf və demokratik olub. Azərbaycanda seçki qanunvericiliyi və seçkilərin özü demokratik azad seçkilərin ümumi qəbul edilmiş normalarına uyğundur", - S.Lebedev bildirib.

Son xəbərlər

Orphus sistemi