Qərbi Azərbaycan Xronikası: “Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur”

Qərbi Azərbaycan Xronikası: “Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur” Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni əlifbası ilə olan qədim mətnlər türkcədir” adlı veriliş efirə gedib.
Daxili siyasət
9 İyul , 2024 22:30
Qərbi Azərbaycan Xronikası: “Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni əlifbası ilə olan qədim mətnlər türkcədir” adlı veriliş efirə gedib.

“Report” xəbər verir ki, verilişdə araşdırmaçı Əkbər Nəcəf qıpçaqların xristianlaşması, Azərbaycanda xristianlığın tarixi ilə bağlı maraqlı faktları açıqlayır.

Onun sözlərinə görə, qıpçaqların xristianlaşması əsasən XII əsrdə gedən bir prosesdir: “Azərbaycanda xristianlıq Avropadan 300 il əvvəl rəsmiləşib. Roma xristianlığı siyasi alətə çevirib, Azərbaycanda münaqişə yaradıb”.

O deyib ki, Nəsrani xristianlığı o dövrlərdə türk dünyası boyunca yayılmışdı: “Qıpçaqlar gürcüləri səlcuqlardan qoruyublar. Bizans missionerləri qıpçaqlarla oğuzları üz-üzə qoyub. Hunlar xristianlığın qoruyucusu idi. Qıpçaq xristianlığın bütün mətnləri türkcədir. Erməni əlifbası ilə olan qədim mətnlər də türkcədir. Ermənilərin inanc və kimlik məsələsində çox böyük boşluqlar var. Ermənilərin ilk mətbuatı türkcə yaranıb. Qıpçaq mirası bolqar, macar, qaramanlarda yaşayıb. Mamikonyanlar türk, Baqratilər yəhudi mənşəlidir, ermənilərə aidiyyəti yoxdur. Vaspurakan-Van Axtamar məbədi türk-qıpçaq irsidir”.

Süjetdə, həmçinin xristianlaşan qıpçaqlardan söz açılır və bildirilir ki, onlar qrabarca, kartlicə və süriyanicə yazmağa başladılar: “Tarixdə türk, oğuz, qıpçaq irsi yenidən, daha geniş anlamda araşdırılmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 9-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi