​“Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nda dəyişiklik edilib

​“Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nda dəyişiklik edilib Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb
Daxili siyasət
10 Aprel , 2015 09:17
​“Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nda dəyişiklik edilib

Bakı. 10 aprel. REPORT.AZ/ Baş nazir Artur Rasi-zadə “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. “Report” xəbər verir ki, qərara əsasən, qayda sənədinin 13.2-ci bəndinin birinci cümləsi çıxarılıb.

Bu qərar qəbul olunana qədər daşıyıcı və onun nəqliyyat vasitələri Gömrük Məcəlləsinin tələblərinə cavab vermədikdə, malların daşınması gömrük daşıyıcısı tərəfindən gömrük müşayiəti (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiəti) altında davam etdirilir.

Son xəbərlər

Orphus sistemi