​Maliyyə Nazirliyinin əməkdaşı yeni vəzifəyə təyin olunub

​Maliyyə Nazirliyinin əməkdaşı yeni vəzifəyə təyin olunub Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
3 İyun , 2015 17:59
​Maliyyə Nazirliyinin əməkdaşı yeni vəzifəyə təyin olunub

Bakı. 3 iyun. REPORT.AZ/ Baş nazir Artur Rasi-zadə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. 

“Report”un xəbərinə görə, “Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi”ndə dəyişiklik edilib. 

Belə ki, Məzahir Ataxan oğlu Ağazadə Respublika Komissiyasının üzvü vəzifəsindən çıxarılıb. Onun yerinə Vüqar Sabir oğlu Məcidli təyin edilib.

Qeyd edək ki, S.Məcidli Maliyyə Nazirliyinin əməkdaşıdır.

Son xəbərlər

Orphus sistemi