Malik Həsənov: "İşğalçını adekvat addımlarla cəzalandırmaq lazımdır"

Malik Həsənov: "İşğalçını adekvat addımlarla cəzalandırmaq lazımdır" “Oktyabrın 17-də Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq  gecə saatlarında  Gəncə şəhərini növbəti dəfə  raket atəşinə tutdular". 
Daxili siyasət
2174
19 Oktyabr , 2020 13:05
Malik Həsənov: İşğalçını adekvat addımlarla cəzalandırmaq lazımdır
Malik Həsənov

“Oktyabrın 17-də Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq gecə saatlarında Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutdular. Bu terror hadisəsinin miqyası oktyabrın 10-dan 11-nə keçən gecə törədilən soyqırımı aktından daha genişdir. Paşinyanın əmri ilə dinc sakinlərin qətlə yetirilməsinin məqsədi vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq idi. Lakin bu cəhd tam iflasa uğradı, terror aktı vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə daha da artırdı.”

Bu barədə "Report" Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, düşmənin törətdiyi bu vandalizmin cavabını Azərbaycan Ordusu döyüş meydanında verdi: “Oktyabrın 17-də ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində düşmənə döyüş meydanında layiqli cavab verildiyini vurğulayaraq Füzuli şəhərinin, rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu ictimaiyyətə çatdırdı. Qürur doğuran bu xəbərdən bir gün əvvəl, oktyabrın 16-da dövlətimizin başçısı özünün rəsmi “Twitter” səhifəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərinin işğaldan azad edildiyini paylaşmışdı. Ali Baş Komandan hər gün xalqımıza yeni-yeni qələbə xəbərlərini çatdırır. Azərbaycan Ordusu hər gün işğaldan azad etdiyi torpaqlara üçrəngli bayrağımızı sancır. Cənab İlham Əliyev oktyabrın 18-də “Twitter” səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdıqlarını, oktyabrın 19-da isə Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin azad edildiyini paylaşdı. Qarabağ Azərbaycandır!”

Millət vəkili vurğulayıb ki, ölkə vətəndaşları yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli Ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər: “Oktyabrın 17-də xalqa müraciətində “Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev, eyni zamanda, bu məqamı da xüsusi qeyd etmişdir ki, biz xoşbəxt insanıq ki, bu sevincli günləri görə bilirik. “Özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.”

“Xalqımız düşmənin heç bir təxribatından qorxmur, mərd-mərdanə şəkildə ədalətli mübarizəsini davam etdirir” bildirən M.Həsənov təhlillər əsasında özlüyündə yaranan “hazırda hansı məqamlar daha çox diqqət çəkir” sualına cavab olaraq bildirib ki, Gəncə terrorunun arxasında görünən mənzərə işğalçı dövlətin havadarlarının əsl simasını ortaya qoydu: “Hər zaman olduğu kimi, sentyabrın 27-dən bugünədək dünya Ermənistanın yürütdüyü faşist ideologiyasının, Azərbaycana qarşı dövlət terrorizmi və işğalçılıq siyasətinin şahididir, amma seyrçi mövqedə dayanmaqla ikili siyasətini təsdiqləyir. Bu gün də işğalçını silahlandırmaqdan əl çəkməyən, Gəncə, Mingəçevir kimi şəhərlərimizin atəşə tutulmasına, dinc əhalinin ölümünə və yaralanmasına verdikləri silahlarla yardımçı olan dövlətlərə də “dur” demək zamanıdır. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Yırtıcı Ermənistan dövləti bizim torpağımızdan çıxsın.”

M.Həsənov onu da qeyd edib ki, işğalçı dövlət yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu: “Azərbaycan və Ermənistan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verdilər. Düşmən ilk andan Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutdu. Ermənistan hakimiyyəti açıq-aşkar sülh danışıqlarında maraqlı olmadığını nümayiş etdirir. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına vurulan sarsıdıcı zərbələrin statistikasına nəzər saldıqda sual yaranır - Ermənistan bu qədər silah-sursatı, texnikanı necə əldə edə bilib? İqtisadi cəhətdən zəif bir ölkə Azərbaycan tərəfindən qənimət götürülən və dəyəri 2 milyard dollar olan texnikanı haradan alıb, bu silahı onlara kim verib və verməkdə davam edir?”

“Artıq dünyadan işğalçı dövlətə sanksiyalar tətbiq olunmasından çox silahlandırmaya son qoymalarına çağırışlar edilir” söyləyən millət vəkili qeyd edib ki, işğalçını bəyanatlarla deyil, adekvat addımlarla cəzalandırmaq gərəkdir: “Ermənistan özünü cəzasızlıq şəraitində hiss etdikcə daha da azğınlaşır, yeni ərazilər iddiasına düşərək faşist siyasətini davam etdirir. Ermənistanın törətdiyi vəhşiliyə səssiz qalmaq bu cinayətə şərik olmaq deməkdir.”

Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın "RİA Novosti" agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibələri də informasiya mübarizəsində ölkəmizin növbəti qələbəsi kimi dəyərləndirildi. Bir tərəfdə müasir və güclü Azərbaycanı quran qalib lider, digər tərəfdə isə öz ölkəsini fəlakətə sürükləyən yalançı, avantürist, cılız və miskin Paşinyan dayanmaqla dünya kimin kim olduğunu bir daha gördü.

Son xəbərlər

Orphus sistemi