Malena Mard: "Aİ "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində işini davam etdirməyə hazırdır"

Malena Mard: "Aİ "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində işini davam etdirməyə hazırdır" "Şərq Tərəfdaşlığı" proqramı ona üzv ölkələrin inkişafı və çiçəklənməsinə yönəlib"
Daxili siyasət
12 Fevral , 2016 12:27
Malena Mard: Aİ Şərq Tərəfdaşlığı proqramı çərçivəsində işini davam etdirməyə hazırdır

Bakı. 12 fevral. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" proqramı ona üzv ölkələrin inkişafı və çiçəklənməsinə yönəlib. Avropa İttifaqı da bu proqramı çərçivəsində işini davam etdirməyə və proqramda mümkün dəyişiklikləri müzakirə etməyə hazırdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Xanım səfir proqramın uğurlu hissələrinin olduğunu, eləcə də inkişaf etdirilməli məqamların mövcudluğunu xatırladıb.

Xatırladaq ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Yanvarın sonunda isə Polşanın xarici işlər naziri Vitold Vaşikovski yerli KİV-ə müsahibəsində "Şərq Tərəfdaşlığı" proqramının tamamilə iflasa məruz qaldığını bildirib.

Son xəbərlər

Orphus sistemi