Maldiv Seçki Komissiyasının üzvü parlament seçkiləri ilə bağlı rəyini açıqladı

Maldiv Seçki Komissiyasının üzvü parlament seçkiləri ilə bağlı rəyini açıqladı Biz məntəqələrdə seçicilərin hər hansı narahatlıq olmadan öz səslərini verirdiyinin şahidi olduq.
Daxili siyasət
10 Fevral , 2020 12:19
Maldiv Seçki Komissiyasının üzvü parlament seçkiləri ilə bağlı rəyini açıqladı

"Biz məntəqələrdə seçicilərin hər hansı narahatlıq olmadan öz səslərini verirdiyinin şahidi olduq".

"Report" xəbər verir ki, bunu Azərbaycandakı parlament seçkilərini müşahidə edən Maldiv Seçki Komissiyasının üzvü Fuad Tofik (Fuwod Thowfock) keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Maldiv Müşahidə Missiyasının üzvləri Bakıda 9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparıblar: "Bizim müşahidə missiyası olaraq müşahidələrimiz Bakı şəhəri ilə məhdudlaşıb. Biz səslərin sayılması prosesində iştirak etmişik. Hətta müşahidələrimizi seçki prosesi başa çatanadək davam etdirmişik. Ümumilikdə seçki prosesi çox axıcı idi. Baxmayaraq ki, hava şəraiti soyuq idi. Bu, sadəcə olaraq seçici fəallığına cüzi təsir göstərirdi. Təbii ki, seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi".

O bildirib ki, seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə ediblər: "Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq. Biz həmçinin rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. Bu zamanda istər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı, rəvan olması üçün çalışırdılar. Seçki prosesində iştirak edən şəxslər beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər. Bu da bizə ruh yüksəkliyi verirdi. Eyni zamanda, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçilirdi".

Son xəbərlər

Orphus sistemi