Malayziyanın baş naziri Prezident İlham Əliyevi təbrik edib

Malayziyanın baş naziri Prezident İlham Əliyevi təbrik edib Bakı. 16 may. REPORT.AZ/ Malayziyanın baş naziri Mahathir Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
16 May , 2018 17:29
Malayziyanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Malayziyanın baş naziri Mahathir Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, M.Məhəmməd məktubunda İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə Malayziya hökuməti və xalqı adından ürəkdən təbrik edib. 

"Seçkilərdəki inamlı qələbəniz ölkənizin mənafeyi naminə apardığınız müdrik və uzaqgörən siyasətinizi nümayiş etdirir. Əminəm ki, qarşıdakı illərdə də Azərbaycan xalqının və dövlətinin rifahı naminə uğurlu islahatlar həyata keçirəcəksiniz. Sizin prezidentliyinizin yeni dönəmi Malayziya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və inkişaf etməsinə təkan verəcək", - məktubda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi