Mahmud Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Mahmud Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Bakı. 14 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb.
Daxili siyasət
14 Fevral , 2019 16:30
Mahmud Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb. 

"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur. 

Son xəbərlər

Orphus sistemi