Yuxarı

Mahir Əliyev Azərbaycanın Əlcəzairdəki səfiri təyin edilib

Altay Əfəndiyev isə Azərbaycanın İspaniya və Andorradakı səfiri vəzifəsindən geri çağırılıb

Bakı. 19 may. REPORT.AZ/Prezident İlham Əliyev Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, M.Əliyev Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Altay Vasif oğlu Əfəndiyev Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi