Yuxarı
    Bağlamaq

    Müsavat Partiyasının başqanı olmaq üçün daha bir şəxs namizədliyini irəli sürüb

    Müsavat Partiyasının üzvü Qubad İbadoğlu partiya başqanlığına namizədliyini irəli sürüb

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda müxalif Müsavat Partiyasının üzvü Qubad İbadoğlu partiya başqanlığına namizədliyini irəli sürüb.

    Report xəbər verir ki, Q.İbadoğlu bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib. O, seçki platformasını da açıqlayıb. Platforma “8 addımla 2018-ə” adlanır.

    Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 27-də qurultay keçirməyi planlaşdırır. Partiya başqanlığı üçün Q.İbadoğludan əvvəl Tural Abbaslı və Arif Hacılı da namizədliyini irəli sürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi