​Müsavat başqanlığına sabiq namizəd: "Müsavat Partiyasında baş verənlərin hakimiyyətlə əlaqəsi yoxdur"

​Müsavat başqanlığına sabiq namizəd: "Müsavat Partiyasında baş verənlərin hakimiyyətlə əlaqəsi yoxdur" Səxavət Əlisoy: "Partiya ilə bağlı qərarlarımızda gözləmə mövqeyindəyik"
Daxili siyasət
28 Oktyabr , 2014 17:00
​Müsavat başqanlığına sabiq namizəd: Müsavat Partiyasında baş verənlərin hakimiyyətlə əlaqəsi yoxdur
Bakı. 28 oktyabr. REPORT.AZ/ "Partiya ilə bağlı qərarlarımızda gözləmə mövqeyindəyik".

Bunu "Report"a Müsavat Partiyasının başqanlığına sabiq namizəd Səxavət Əlisoy deyib. O bildirib ki, qurultayın keçirilməsindən narazı qalanlar ərizə ilə partiyaya müraciət edib: "Ərizəmizə bir ay müddətində cavab verilməlidir. O cavabları müzakirə etdikdən sonra mövqeyimizi ortaya qoyacağıq".

S.Əlisoy onu partiya ilə bağlı sərt açıqlamalar səsləndirməsinə görə hakimiyyətə işləməkdə ittiham edənlərə də cavab verib: "Bu, bizə qarşı atılan böhtandır. Bu cür böhtanlar bolşevizm təfəkküründən irəli gəlir. İnsanları ləkələmək üçün bu cür gedişlərdən istifadə edirlər. Demokratiyanı dərk etməyənlər, qapalı avtoritarizm yaradanlar bu cür deyə bilər. Onların işləri yalnız cəfəng şeylər deməkdir. Ləyaqətli insanları aşağılamaq olmaz. Müsavat Partiyasında baş verənlərin hakimiyyətlə əlaqəsi yoxdur. Sadəcə, indiyə kimi partiyada baş verənlər qapalı qalıb. Bunlar da açıldıqca paxırları üzə çıxır. Onlar bunu həzm etmək istəmirlər".

Son xəbərlər

Orphus sistemi