Liviya Milli Barışıq Hökumətinin başçısı Azərbaycan Prezidentini təbrik edib

Liviya Milli Barışıq Hökumətinin başçısı Azərbaycan Prezidentini təbrik edib Bakı. 24 aprel. REPORT.AZ/ Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sarrac Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Daxili siyasət
24 Aprel , 2018 13:28
Liviya Milli Barışıq Hökumətinin başçısı Azərbaycan Prezidentini təbrik edib

Bakı. 24 aprel. REPORT.AZ/ Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sarrac Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırır, işlərinizdə uğurlar diləyirəm.

Əminəm ki, bu ali vəzifəyə yenidən seçilməyiniz ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin inkişafına təkan verərək, dost ölkələrimizin və xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etməsində böyük rol oynayacaqdır.

Dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Son xəbərlər

Orphus sistemi