"Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbi başlayıb

"Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbi başlayıb Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.
Daxili siyasət
30 Avqust , 2021 11:37
Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbi başlayıb

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir yay məktəbi iştirakçılarının ifasında Azərbaycan Dövlət Himni ilə başlayıb.

Ardınca Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqə sükutla yad edilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirakçılara uğurlar arzulayıb.

O qeyd edib ki, Forum iştirakçıları arasında ölkənin bütün rayonlarından uşaqlar var: "Sentyabrın 10-dək davam edəcək yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, o cümlədən şəhid və qazi övladları daxil olmaqla 60 nəfər iştirak edəcək. Yay məktəbinin keçirilməsində məqsəd Forumda müzakirə ediləcək mövzularla bağlı uşaqları məlumatlandırmaq, onları iştiraka hazırlamaq və tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməkdir. 10 gün ərzində uşaqlar, karantin qaydalarına uyğun olaraq 2 qrupda aidiyyəti mövzular üzrə mütəxəssislər və ekspertlərin keçirdiyi təlimlərə qatılacaq. Bununla yanaşı müxtəlif interaktiv bilik yarışları, əyləncəli oyunlar keçiriləcək, uşaqların hazırladıqları təqdimatlar, çıxışlar dinləniləcək".

Sədr müavini vurğulayıb ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu noyabr ayının 20-də işə başlayacaq.

Forumun 5 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra təlimlər başlayıb.

Son xəbərlər

Orphus sistemi