Lənkəranın icra başçısı onlayn müşavirə keçirdi - FOTO

Lənkəranın icra başçısı onlayn müşavirə keçirdi - FOTO Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti videobağlantılı onlayn müşavirə keçirib.
Daxili siyasət
2 May , 2020 18:57
Lənkəranın icra başçısı onlayn müşavirə keçirdi - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə növbəti videobağlantılı onlayn müşavirə keçirib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, müşavirədə icra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mayın 1-də Baş prokuror Kamran Əliyevin videoformatda qəbulundan söz açaraq, tədbir iştirakçılarını ölkə rəhbərinin tələb və göstərişlərinə əməl etməyə, onları öz vəzifə səlahiyyətlərinə ciddi yanaşmağa, nöqsanlardan nəticə çıxarmağa çağırıb.

Eyni zamanda müşavirədə rayonda karantin müddətinin uzadılması ilə əlaqədar karantin qaydalarına ciddi şəkildə riayət olunmasına, vətəndaşlara zəruri hallarda verilən icazələrin qanuna uyğunluğuna, həssas qruplara aid ailələrə, ədalətli şəkildə müəyyən olunmuş ehtiyaclı şəxslərə dövlət yardımlarının və ərzaq paylarının vicdanla və xüsusi nəzarət qaydasında çatdırılmasına diqqətin artırılması tapşırılıb. Müşavirədə həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 1-ə olan məlumatı barədə də ətraflı söhbət aparılaraq koronavirus (COVID-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımların bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulanıb, Bakı, Sumqayıt, Gəncə şəhərləri ilə yanaşı, Lənkəranda da hələlik pandemiya təhlükəsinin sovuşmadığı, məhz bu səbəbdən rayonda karantin müddətinin mayın 31-dək uzadıldığını diqqətə çatdırılaraq mövcud reallıqlar nəzərə alınmaqla, şəhərdə və rayon ərazisində təmizlik, dezinfeksiya işlərinin davam etdirilməsi, bütün yaşayış məntəqələrində karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin müntəzəm olaraq əhaliyə çatdırılması istiqamətində maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyi qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi