Lənkəranın icra başçısı: "Əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib"

Lənkəranın icra başçısı: "Əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib" Taleh Qaraşov Ürgə kəndinin sakinləri ilə görüşüb
Daxili siyasət
5 Fevral , 2016 16:45
Lənkəranın icra başçısı: Əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib

Bakı. 5 fevral. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayonun Ürgə kəndinin sakinləri ilə görüşüb. "Report" xəbər verir ki, səyyar qəbul-görüşdə ŞİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbər işçiləri və 300 nəfər kənd sakini iştirak edib.

T.Qaraşov görüşdə çıxış edərək son illərdə ölkənin hər yerində olduğu kimi Lənkəranın da sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən danışıb: "Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin edib, nəticədə qeyri-neft sektorunun inkişafı üçün də əlverişli şərait yaranıb. Regionların sosial-iqtisadi inkişafı daha da sürətlənib, yeni sosial obyektlər tikilib istifadəyə verilib, iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib". 

İcra başçısı dövlət başçısının sərəncamı ilə həyata keçirilən antiböhran tədbirlərinin əhəmiyyətini qeyd edərək bu tədbirlərin Prezident İlham Əliyevin iradəsi, möhkəm siyasi sabitlik, dövlətin iqtisadi qüdrəti və dövlət-xalq birliyinin gücü hesabına mümkün olduğunu vurğulayıb. T.Qaraşov hamını ümumi mənafe naminə ölkə başçısının ətrafında sıx birləşməyə səsləyib.

Görüşdə çıxış edən kənd sakinləri Prezident İlham Əliyevin fəaliyyətini tamamilə bəyəndiklərini, həyata keçirilən anti-böhran tədbirlərinə görə ona minnətdar olduqlarını bildirərək bundan sonra da ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanın tərəqqisinə yardımçı olacaqlarını ifadə ediblər.

Görüşün sonunda T.Qaraşov vətəndaşların müraciət və təkliflərini dinləyərək onların həlli ilə bağlı konkret tapşırıqlarını verib. 

Son xəbərlər

Orphus sistemi