​Lənkəranda Milli Qurtuluş günü qeyd edilib - FOTO

​Lənkəranda Milli Qurtuluş günü qeyd edilib - FOTO Heydər Əliyevin adını daşıyan Xatirə Parkında ulu öndərin abidəsi ziyarət olunub
Daxili siyasət
15 İyun , 2016 11:37
​Lənkəranda Milli Qurtuluş günü qeyd edilib - FOTO

Lənkəran. 15 iyun. REPORT.AZ/ Lənkəran şəhərində 15 iyun – Milli Qurtuluş günü qeyd edilib.

“Report”un cənub bürosunun məlumatına görə, Heydər Əliyevin adını daşıyan Xatirə Parkında ulu öndərin abidəsi ziyarət edilib, xatirəsi dərin ehtiramla yad olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov abidənin önünə tər güllər qoyub, ehtiram əlaməti olaraq təzim edib.

Sonra hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli liderin abidəsi önünə qərənfil dəstələri düzüblər.

Ümümxalq ziyarəti başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran şəhər təşkilatının 15 iyun-Milli Qurtuluş gününə həsr olunan birgə ümumrayon toplantısı keçirilib.

Toplantını giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında Milli Qurtuluş gününün Azərbaycanın və hər bir vətəndaşın taleyində, yaddaşında əbədi həkk olunan tarixi günlərdən biri olduğunu bildirib.

T.Qaraşov 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin gərgin səyi ilə daxili və xarici siyasətdə qazanılan uğurlardan, iqtisadiyyatın dirçəldilməsindən, bütün sahələrdə aparılan uğurlu islahatlardan danışıb: “Bu siyasi kurs 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində ölkənin bütün regionları, o cümlədən Lənkəran rayonu sürətlə inkişaf edərək xeyli abadlaşıb, ən müasir infrastruktur yaradılıb, təzə asfalt yollar çəkilib, körpülər salınıb, yeni təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilib istifadəyə verilib”.

Sonra Lənkəran ŞİH başçısının birinci müavini, YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşovun 15 iyun-Milli Qurtuluş günü münasibəti ilə məruzəsi dinlənilib.

O bildirib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinin qarşısını alıb, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edib: “Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqın maddi və mənəvi həyat səviyyəsi gündən-günə yaxşılaşdı. Ölkəmiz dünya birliyində layiqli yerlərdən birini tutdu, onun beynəlxalq nüfuzu artdı, bir sözlə, müstəqilliyimiz dönməz və əbədi oldu”.

Son xəbərlər

Orphus sistemi