Lənkəranda Milli QHT Forumunun regional tədbiri keçirilib

Lənkəranda Milli QHT Forumunun regional tədbiri keçirilib Azərbaycan Milli QHT Forumu tərəfindən bu gündən başlayaraq regional tədbirlərə start verib. Tədbirlər çərçivəsində ilk forum Lənkəran şəhərində keçirilib.
Daxili siyasət
25 Dekabr , 2023 13:06
Lənkəranda Milli QHT Forumunun regional tədbiri keçirilib

Azərbaycan Milli QHT Forumu tərəfindən bu gündən başlayaraq regional tədbirlərə start verib. Tədbirlər çərçivəsində ilk forum Lənkəran şəhərində keçirilib.

"Report"un Cənub bürosunun məlumatına görə, foruma regionu əhatə edən 50-yə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri toplaşıb.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, forumda əsas məqsəd bölgələrdəki ehtiyacları və vəziyyəti yerində qiymətləndirməkdir. QHT təmsilçiləri son 20 ildə ölkənin həyatında yüzilliklərə sığmayan tarixi uğurların əldə edildiyini və bütün bunların məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanıldığını vurğulayıblar.

“Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov qeyd edib ki, Prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı çağırışları, fikirləri Azərbaycan QHT-lərinə ictimai etimadı artırır, vətəndaş cəmiyyətinin qərarların qəbulu proseslərində fəal iştirakını təşviq edir.

“Şəfəq" ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev, "Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Natəvan Əzizova, "Sağlam Mühit" Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev ölkəmizin yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının fəaliyyətlərindən söz açıblar.

Forum iştirakçıları, həmçinin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərində şəffaf, demokratik və Zəfərə layiq seçkilərin keçirilməsində üzərilərinə düşəcək vəzifələrin öhdəsindən gələcəklərini bəyan ediblər.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumunun regional forumları yanvarın 8-dək davam edəcək. Regional forumların dekabrın 26-da Qubada, dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvanda davam etdirilməsi nəzərdə tutulur. Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.

Son xəbərlər

Orphus sistemi