Yuxarı

Lənkəranda Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar

Bakı. 10 may. REPORT.AZ/ Lənkəran şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir və bayram konserti keçirilib. "Report" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, ŞİH Aparatının rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və əmək kollektivlərinin nümayəndələri, hərbi hissələrin şəxsi heyəti Heydər Əliyev xatirə parkına gəlib, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları Lənkəran ŞİH və İctimai Televiziyanın birgə təşkil etdiyi bayram konsertində iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi