Lənkəranda Heydər Əliyevin 99-cu il dönümü qeyd olunub

Lənkəranda Heydər Əliyevin 99-cu il dönümü qeyd olunub Lənkəranda ümummilli lider Heydər Əliyev hörmət və ehtiramla yad edilib.
Daxili siyasət
10 May , 2022 17:07
Lənkəranda Heydər Əliyevin 99-cu il dönümü qeyd olunub

Lənkəranda ümummilli lider Heydər Əliyev hörmət və ehtiramla yad edilib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə əlaqədar Lənkəran rayonunda təşkil olunan silsilə tədbirlər mayın 10-da da davam etdirilib.

Səhər saatlarından başlayaraq yüzlərlə sakin ulu öndərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin işçiləri, hüquq mühafizə orqanlarının rəhbər heyəti, habelə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin əks olunduğu foto stendə baxış keçirilib.

Ümummilli lider lider Heydər Əliyevin 99-cu il dönümünə həsr olunan silsilə tədbirlərin davamı olaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

İzləyicilərə təqdim olunan videoçarxda dahi şəxsiyyətin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdığı fikri konkret tarixi faktlarla izah olunub.

Ulu öndərin müəyyən etdiyi siyasi kursun hazırda onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoyduğu və yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrildiyi tezisi fundamental arqumentlərlə əsaslandırılıb.

Ümummilli liderin müasir, güclü və daim tərəqqidə olan Azərbaycan amalı onun layiqli davamçısı tərəfindən ata vəsiyyəti kimi yerinə yetirilib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərə imza atılması “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin reallıqdakı inikasıdır.

Ümummilli liderin həyat və fəaliyyətinin geniş şəkildə işıqlandırılmasından sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi