Lənkəranda Heydər Əliyevin vəfatının 13-cü ildönümü qeyd edilib - FOTO

Lənkəranda Heydər Əliyevin vəfatının 13-cü ildönümü qeyd edilib - FOTO Anım mərasimi gün ərzində davam edəcək
Daxili siyasət
12 Dekabr , 2016 14:34
Lənkəranda Heydər Əliyevin vəfatının 13-cü ildönümü qeyd edilib - FOTO

Lənkəran. 12 dekabr. REPORT.AZ/ Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. 

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov ulu öndərin adını daşıyan xatirə parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüb.

Sonra Lənkəran ŞİH-in rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri Heydər Əliyev Xatirə Parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Anım mərasimi gün ərzində davam edəcək. 

Son xəbərlər

Orphus sistemi