Lənkəranda "Bizim gücümüz birliyimizdədir" mövzusunda konfrans keçirilib

Lənkəranda "Bizim gücümüz birliyimizdədir" mövzusunda konfrans keçirilib Konfrans "Mültikultiralizm ili" çərçivəsində baş tutub
Daxili siyasət
3 Mart , 2016 10:56
Lənkəranda Bizim gücümüz birliyimizdədir mövzusunda konfrans keçirilib

Bakı. 3 mart. REPORT.AZ/ Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə birgə “Bizim gücümüz birliyimizdədir” adlı konfrans keçirilib. "Report"un məlumatına görə, konfransda rayonun təhsil işçiləri, dini icma üzvlərinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Lənkəran şəhər ictimaiyyəti, ziyalılar, habelə Lənkəran şəhərindən təmsil olunan ailələrlə yanaşı, Masallı, Yardımlı, Lerik, Astara və Cəlilabad rayonlarında yaşayan milli azlıqların, etnik qrupların və digər millətlərin nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar və konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzüblər.

Konfransı giriş sözü ilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açaraq Azərbaycan bütün dünyada çoxmillətli və tolerant ölkə kimi tanındiğini bildirib: "Ölkəmizdə etnik qruplar, azsaylı xalqlar azərbaycançılıq məfkürəsi ətrafında sıx birləşərək qarşılıqlı anlaşma, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır, fəaliyyət göstərir və bir-birlərinin dini etiqadlarına böyük hörmət və sayğı göstərirlər. Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəsidir".

Konfransda AQUPDK-nin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda bütün azsaylı xalqların və etnik qrupların bərabərhüquqlu vətəndaşlar kimi yaşamasından, onlara Prezident İlham Əliyev tərəfindən daim göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı Lənkəranda müxtəlif xalqların nümayəndələrinin təhlükəsiz, qarşılıqlı anlaşma və əminamanlıq şəraitində yaşayaraq fəaliyyət göstərdiklərini bildirib.
M.Qurbanlı insanların ictimai-siyasi, mədəni, iqtisadi həyatın bütün sahələrində birgə çalışdıqlarını vurğulayıb: "Azərbaycanda insanlar bir-birinə münasibətdə kimin hansı millətə və yaxud dinə qulluq etməsinə görə deyil, əsl insan olmasına görə seçilir və hörmət göstərilir".

Son xəbərlər

Orphus sistemi