Lənkəranda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub - FOTO

Lənkəranda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub - FOTO Soyqırımı zamanı Lənkəran və ətraf rayonlarda 40-dan çox kənd yandırılıb
Daxili siyasət
31 Mart , 2016 12:25
Lənkəranda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub - FOTO

Bakı. 31 mart. REPORT.AZ/ Lənkəranda 31 Mart - Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılıb. "Report"un məlumatına görə, ümumrayon anım mərasimində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (RİH) başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksini ziyarət edərək önünə gül dəstələri düzüb.

Mərasimdə rayonun hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan minlərlə lənkəranlı soyqırımı qurbanlarına dərin ehtiramlarını bildirib, abidə önünə tər gül dəstələri düzüblər və şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə qeyd olunub ki, 1918-ci il martın 31-də Bakı, Şamaxı, Quba qəzalarında, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla azərbaycanlıların soyqırımı həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli-mədəniyyət abidələri dağıdılaraq məhv edilib.

Anım mərasimində bildirilib ki, erməni vandallarının törətdiyi bu qətliama Cənub bölgəsi də məruz qalıb. Soyqırımı zamanı Lənkəran və ətraf rayonlarda 40-dan çox kənd yandırılıb, 2 000-dən çox günahsız insan qətlə yetirilib. 98 il bundan əvvəl ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Girdəni, Vilvan, Gərmətük, Mamusta, Kərgəlan, Sütəmurdov, Osakücə və sair kəndlərdə minlərlə dinc sakini qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi