​Lənkəranda “Azərbaycan-Tolerantlıq məkanı” mövzusunda elmi-praktik konfrans keçirilib

​Lənkəranda “Azərbaycan-Tolerantlıq məkanı” mövzusunda elmi-praktik konfrans keçirilib Azərbaycanda milli həmrəyliyin, xalqlar dostluğunun, siyasi sabitliyin olması qururvericidir
Daxili siyasət
25 Fevral , 2016 10:46
​Lənkəranda “Azərbaycan-Tolerantlıq məkanı” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Azərbaycan-Tolerantlıq məkanı” mövzusunda elmi-praktik konfrans keçirilib. "Report"un məlumatına görə konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, yerli İcra strukturlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, müxtəlif millətləri təmsil edən ictimaiyyət nümayəndələri, din xadimləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

Konfransda çıxış edən Lənkəran ŞİH-nin başçısı T.Qaraşov millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın əldə olunmasında multikulturalist dəyərlərin və tolerantlığın misilsiz əhəmiyyətini qeyd edərək  Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib.

İcra başçısı bildirib ki, Azərbaycanda multikulturalist dəyərlərin və tolerantlığın ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu üçün ölkədə yaşayan bütün xalqların istək və arzularını özündə ehtiva edən milli siyasət müəyyənləşib.
T.Qaraşov Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin ölkədə hökm sürən siyasi sabitliyin, əminamanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun qarantı olduğunu diqqətə çatdıraraq hər bir Azərbaycan vətəndaşının bu siyasəti ürəkdən bəyəndiyini, bu siyasətin bundan sonra da davam etməsi arzusunda olduğunu vurğulayıb.

O qeyd edib ki, müasir dünyanın sürətlə qloballaşdığı, qloballaşdıqca da milli-dini zəmində toqquşmalar, terror hadisələri, məzhəb savaşları, məhəlli müharibələr, dövlətlərarası etimadsızlıq, ictimai-siyasi vəziyyətin kəskinləşməsi halları ilə üz-üzə qaldığı bir vaxtda ölkədə milli həmrəyliyin, xalqlar dostluğunun, möhkəm siyasi sabitliyin olması qürurvericidir və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artıran əsas amillərdəndir.

Son xəbərlər

Orphus sistemi