Lənkəran Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Lənkəran Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb
Daxili siyasət
5 Sentyabr , 2017 17:48
Lənkəran Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi