Lənkəran sakinləri səsvermədə fəallıq nümayiş etdirir - FOTO

Lənkəran sakinləri səsvermədə fəallıq nümayiş etdirir - FOTO Səsverməni canlı izləmək üçün məntəqələrdə veb-kameralar quraşdırılıb
Daxili siyasət
26 Sentyabr , 2016 12:18
Lənkəran sakinləri səsvermədə fəallıq nümayiş etdirir - FOTO

Lənkəran. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə ümumxalq səsverməsi Lənkəranda seçici fəallığı ilə müşahidə olunur. "Report"un Cənub bürosunun məlumatına görə, rayon ərazisində 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masalı və 76 saylı Lənkəran - Astara Dairə Seçki Komissiyaları (DSK) fəaliyyət göstərir.

73 saylı Lənkəran şəhər DSK üzrə seçicilərin ümumi sayı 35 315 nəfər təşkil edir. Bu dairə üzrə 28 məntəqə yaradılıb. Məntəqələrin 12-də veb-kameralar qurulub. Seçicilərin səsvermə hüququndan istifadə edə bilmələri üçün məntəqələrdə lazımi şərait yaradılıb.

73 saylı Lənkəran şəhər DSK-nın sədri Kərim Heydərov "Report"un əməkdaşına bildirib ki, səsvermədə 577 nəfər seçici ilk dəfə olaraq səsvermə hüququndan istifadə edəcək: "Seçicilərin 51%-ni qadınlar, 49%-ni kişilər təşkil edir. Dairə üzrə Beynəlxalq müşahidəçilər qeydə alınmayıb. "Rəy" Monitorinq Mərkəzi 7 məntəqədə, "Vətəndaş Cəmiyyəti Uğrunda" təşkilatı 1 məntəqədə exitpol həyata keçirir. Saat 12-yə olan son məlumata görə, 28.15 faiz seçici səsvermədə iştirak edib".


34 748 nəfər seçicisi olan 74 saylı Lənkəran kənd DSK sədri Əlövsət Rufiyev 8 məntəqədə "exit-poll" keçirildiyini bildirib: "Dairə üzrə 120 nəfərin təşviqat qrupları tərəfindən, 310 nəfərinsə öz təşəbbüsü ilə ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edir. Referendumda səsvermə hüququ olan vətəndaşların iştirakını internet üzərindən müşühidə etmək üçün 39 məntəqənin 5-də veb-kameralar quraşdırılıb. Saat 12-yə olan son məlumata görə, dairə üzrə  33.14 faiz seçici səsvermədə iştirak edib".

Son xəbərlər

Orphus sistemi