Laçın rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub

Laçın rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli köməkçisini tutduğu vəzifədən azad edib
Daxili siyasət
8 Sentyabr , 2016 19:43
Laçın rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qərarı ilə onun köməkçisi Asəf Məmmədov tutduğu vəzifədən azad olunub.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, onun yerinə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətci işləyən Şahbazov Məhəmməd Şirin oğlu təyin edilib.

İlyasov İlqar Süleyman oğlu isə İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə  təyin edilib. O, bu günə qədər Rayon Mədəniyyət və Turuzum şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Aqil Nəzərli Laçın RİH başçısı təyin edilib. O, bu vəzifəyə qədər rayon İcra Hakimiyyətinin başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri işləyib.

Son xəbərlər

Orphus sistemi