Laçın icra hakimiyyətində kadr dəyişikliyi olub

Laçın icra hakimiyyətində kadr dəyişikliyi olub İcra başçısının köməkçisi vəzifəsindən azad edilib
Daxili siyasət
27 Sentyabr , 2017 10:34
Laçın icra hakimiyyətində kadr dəyişikliyi olub

Ağcabədi. 27 sentyabr. REPORT.AZ/ Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

“Report”un Qarabağ bürosu xəbər verir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quluyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.

Son xəbərlər

Orphus sistemi