KXCP rəhbərliyindən kənarlaşdırılan hüquq müdafiəçisi partiya sədrliyinə namizədliyini irəli sürüb

KXCP rəhbərliyindən kənarlaşdırılan hüquq müdafiəçisi partiya sədrliyinə namizədliyini irəli sürüb Bakı. 15 may. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin sabiq müavini, hüquq müdafiəçisi Oktay Gülalıyev partiya sədrliyinə namizədliyini irəli sürüb.
Daxili siyasət
15 May , 2018 15:45
KXCP rəhbərliyindən kənarlaşdırılan hüquq müdafiəçisi partiya sədrliyinə namizədliyini irəli sürüb
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin sabiq müavini, hüquq müdafiəçisi Oktay Gülalıyev partiya sədrliyinə namizədliyini irəli sürüb.

O.Gülalıyev “Report”a açıqlamasında deyib ki, qurultayın bu ilin ikinci yarısında keçirilməsi planlaşdırılır: “KXCP-nin Nizamnaməsinə əsasən, hüququmdan istifadə edərək partiya sədrliyinə namizədliyimi irəli sürmüşəm. Xatırlayırsınızsa, sonuncu qurultayda partiyanın hazırkı sədri Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını açıqlamışdı. Partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə müraciət etmişəm ki, komitənin iclaslarında, partiyanın rayon və şəhər şöbələrinin konfranslarında iştirakım təmin edilsin. Amma hələ ki müraciətimə cavab verilməyib. Hazırda görüşlər keçirirəm, üzvlərə fikirlərimi çatdırıram. Sədr seçilərəmsə, partiyanın güclənməsinə, əvvəlki nüfuzunun bərpa olunmasına, ölkəda baş verən ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasına çalışacam”.

O, KXCP-nin zəiflədiyini qeyd edib: “Klassik Xalq Cəbhəsi Partiyası ölkənin ən nüfuzlu təşkilatlarından olub. Son zamanlar isə müəyyən süstlük nəzərə çarpır. Bunun da obyektiv və subyektiv səbəbləri var”.

O.Gülalıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) yaxın şəxs olması ilə bağlı iddialara da münasibət bildirib: “Hər hansı təşkilatla əlahiddə əlaqəm yoxdur. Yalnız Klassik Xalq Cəbhəsi Partiyasının üzvüyəm, yəni Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü deyiləm. Milli Şurada, Nida Vətəndaş Hərəkatında təmsil olunuram, həmin qurumlar da ictimai təşkilatlardır. Sadəcə, mübarizə aparan qurumlarla əməkdaşlıq etməyi üstün tuturam. Vaxtilə Klassik Xalq Cəbhəsi Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının birləşməsini arzu edənlər, bu istiqamətdə çalışanlar indi məni AXCP-yə yaxın olmaqda ittiham edirlər. Mən heç vaxt iki qurumun birləşməsi təşəbbüsü ilə çıxış etməmişəm. Düşünürəm ki, hakimiyyətlə mübarizə aparan qurumlarla səmimi müttəfiqlik etmək lazımdır. Mübarizədə mənim üçün siyasi mənsubiyyət arxa plana keçir”.

O həmçinin KXCP rəhbərliyi ilə münasibətlərinin normal olduğunu bildirib.

Xatırladaq ki, O.Gülalıyev 2015-ci ildə KXCP sədrinin müavini vəzifəsindən azad edilib. Bu il isə partiya Ali Məclisinin üzvlüyündən xaric olunub.

Son xəbərlər

Orphus sistemi