Yuxarı

​KXCP-nin qurultayı iyulda keçiriləcək

Partiya Ali Məclisinin növbəti toplantısı keçirilib

Bakı. 20 aprel. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin növbəti toplantısı keçirilib.

KXCP sədrinin müavini Xəzər Teyyublunun "Report"a verdiyi məlumata görə, iclasda Azərbaycandakı ictimai-siyasi məsələlər müzakirə edilib.

X.Teyyublunun sözlərinə görə, toplantıda partiya qurultayının keçirilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb: "Qərara gəldik ki, KXCP-nin qurultayı bu ilin iyulunda keçirilsin. Amma qurultayın keçiriləcəyi gün hələ ki, dəqiqləşməyib. Qurultayla bağlı rayon təşkilatlarında konfranslar keçirilir, toplantılar başa çatdıqdan sonra qurultayın günü ilə bağlı dəqiq qərar açıqlanacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi