Yuxarı
    Bağlamaq

    ​Müsavat Partiyasının üzvləri kütləvi şəkildə istefa veriblər - SİYAHI

    Müsavatın idarəçiliyində yol verilən qüsurlara etiraz olaraq, partiya sıralarını tərk edirik

    Bakı. 13 may. REPORT.AZ/ Müsavatın Nizami rayon təşkilatının bir qrup üzvü bəyanat yayaraq partiyadan istefa verib. Müsavat Partiyasından istefa verənlərin "Report"a göndərdikləri bəyanatda bu addımlarının səbəbləri açıqlanıb.

    Bəyanatda qeyd olunub ki, Müsavatın VIII qurultayından sonra Arif Hacılı başqanlıq dövründə partiyada gedən siyasi kursu öz məcrasından çıxararaq partiyadaxili dağıdıcılıq müstəvisinə keçirib: "İllərini partiyaya vermiş, fədakar, mübariz insanların, alimlərin, ziyalıların, partiya başqanlığına olan namizədlərin rəhbərlik tərəfindən Müsavat Partiyasından çıxarılması müsavatçılar arasında hiddətə səbəb olub. Mövcud Divan və Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) "cəza kəsmə" məntəqəsinə və öz mənafelərinə uyğun "saxta bəyanat" verməklə kifayətlənən bir quruma çevrilib. Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb. Partiya Nizamnaməsindən kənar əməllər, müsavatçılara vurulan damğa, Qubad İbadoğlu, Vurğun Əyyub kimi siyasi aydınların partiyadan çıxarılması Arif Hacılının Məhəmməd Əmin Rəsulzadə yolundan sapmasının bariz nümunəsidir. Müsavat idarəçiliyində yol verilən qüsurlara etiraz edərək, biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk: 

    1.Nizaməddin Quliyev - Azərbaycanda xalq hərəkatının fəallarından biri, Müsavat Partiyasının sabiq başqanının müşaviri 

    2. Mirismayıl Hadiyev - Müsavat Partiyasının sabiq Məclis üzvü, vəkil 

    3. Qalabəy Ağalarlı - Nizami rayon təşkilatı Ali Məclisinin üzvü

    4. Gülağa Şərifzadə - Nizami rayon təşkilatın sədr müavini, Şura üzvü

    5. Arif Quliyev - təşkilatın sədr müavini, özək sədri

    6. Qurban Qocayev - Şura üzvü

    7. Yaqub Xanəliyev - Şura üzvü

    8. Maarif Məmmədov - üzv

    9. Əfqan Rəfiyev - üzv

    10. Nəriman Məmmədov - üzv

    11. Sərvər Məmmədov - üzv

    12. Ceyhun Eyvazov - üzv

    13. Rəşad Quliyev - üzv

    14. Vahid Əzimov - Şura üzvü

    15. Etibar Qasımov - üzv

    16. Əlif Şərifov - üzv

    17. Şikar Əliyev - üzv

    18. Kərim Cəbrayılov - üzv

    19. Müşfiq Səfərov - üzv

    20. Bayram Məmmədov - üzv

    21. Fazil Məmmədov - üzv

    22. Firidun Eyvazov - üzv

    Partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı "Report"a açıqlamasında bəyanatdan xəbərsiz olduğunu bildirib. O deyib ki, həmin şəxslər istefa bəyanatı yayıblarsa, bu, təəssüfləndiricidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi