​“Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilib

​“Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilib Prezidenti İlham Əliyev qanunun tətbiqi haqqında sərəncam imzalayıb
Daxili siyasət
3 Fevral , 2015 23:11
​“Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişikliklər edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1141-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1141-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Qeyd edək ki, Milli Məclisin “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qəbul etdiyi qərara görə, qanununda aşağıdakı dəyişikliklər edilib:

1. 3-cü maddənin 1-ci hissəsinin on ikinci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:

“oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar.”.

2. 14-cü maddənin beşinci hissəsinin ikinci cümləsində “eyni” sözü “eyni və ya oxşar” sözləri ilə əvəz edilsin.

3. 19-cu maddənin üçüncü hissəsində:

3.1. 3-cü bənddə “maliyyələşdirildiyi müəyyənləşdirildikdə” sözləri “maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda” sözləri ilə əvəz edilsin;

3.2. 4-cü bənddə “üç dəfə” sözləri “iki dəfə” sözləri ilə əvəz edilsin.

Son xəbərlər

Orphus sistemi