Kürdəmirdə karantin rejimini pozan iki şəxs həbs olundu

Kürdəmirdə karantin rejimini pozan iki şəxs həbs olundu Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan karantin rejiminə riayət etməyən bəzi vətəndaşlar barəsində polis əməkdaşları tərəfindən qanuna müvafiq qaydada tədbirlər görülür.
Daxili siyasət
29 Aprel , 2020 04:49
Kürdəmirdə karantin rejimini pozan iki şəxs həbs olundu

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan karantin rejiminə riayət etməyən bəzi vətəndaşlar barəsində polis əməkdaşları tərəfindən qanuna müvafiq qaydada tədbirlər görülür.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları bununla bağlı mütəmadi reydlər həyata keçirir və karantin qaydalarına riayət etməyən rayon sakinlərini inzibati qaydada cərimə edirlər.

Qeyd edək ki, təkcə ötən gün ərzində rayon polis şöbəsinin əməkdaşları 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər, 2 nəfər barəsində isə məhkəmənin qərarı ilə inzibati həbs tətbiq edilib.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi