Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Daxili siyasət
10 may 2023 14:14
Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbirdə rayonun icra başçısı Elxan İbrahimov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətini, Kürdəmir rayonuna səfərlərini özündə əks etdirən şəkil sərgisinə və stendlərə baxış keçirilib. Tədbirdə rayonun icra başçısı Elxan İbrahimov məruzə ilə çıxış edib, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi yolu barədə çəkilmiş “Əsrin adamı” sənədli filmi nümayiş edilib.

Sonda Ulu Öndərin 100 illik yubileyi münasibətilə və incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil olunub.

Son xəbərlər

Orphus sistemi