Külək elektrik stansiyasının tikintisi üçün imzalanmış müqavilə təsdiqləndi

Külək elektrik stansiyasının tikintisi üçün imzalanmış müqavilə təsdiqləndi Bu sərəncam imzalandığı gündən qüvvəyə minir
Daxili siyasət
292
30 Aprel , 2021 13:40
Külək elektrik stansiyasının tikintisi üçün imzalanmış müqavilə təsdiqləndi

Prezident İlham Əliyev "Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Hökuməti adından energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

Nazirlər Kabinetinə bu sərəncamda göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi