Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub Kamran Əliyev: “Bu müraciətlər əsasında araşdırmalar aparılıb, cinayət işləri başlanılıb”
Daxili siyasət
16 Yanvar , 2017 11:00
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub

Bakı. 16 yanvar. REPORT.AZ/ 2016-cı ildə mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb.

“Report”un xəbərinə görə, bunu Baş prokurorun müavini - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən il valyuta mübadiləsi qaydalarının pozulmasına görə 12 iş icraata verilib.

K.Əliyev qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi digər dövlət qurumları ilə əməkdaşlıq edir: “Ötən il Baş İdarəyə Dövlət Təhlükəsizliyi Xidmətindən 14, Prezident Administrasiyasından 1, Fövqəladə Hallar Nazirliyindən 16, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Baş Prokurorluqdan 5, Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Maliyyə Bazarlarına Nəzarət Palatasından 4, Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, cinayət işləri başlanılıb”.

Son xəbərlər

Orphus sistemi