Koronavirusla mübarizə üçün dezinfeksiyaedici vasitələr bağışlanıb

Koronavirusla mübarizə üçün dezinfeksiyaedici vasitələr bağışlanıb Azərbaycanda koronavirusla (COVID-19) mübarizəyə dəstək məqsədi ilə “BASF Azərbaycan” şirkəti təmizləyici və dezinfeksiya vasitələri Bakı Şəhərinin kommunal strukturlarına bağışlayıb.
Daxili siyasət
6 May , 2020 14:54
Koronavirusla mübarizə üçün dezinfeksiyaedici vasitələr bağışlanıb

Azərbaycanda koronavirusla (COVID-19) mübarizəyə dəstək məqsədi ilə “BASF Azərbaycan” şirkəti təmizləyici və dezinfeksiya vasitələri Bakı Şəhərinin kommunal strukturlarına bağışlayıb.

Şirkətdən "Report"a bildirilib ki, hazırki karantin şəraitində hər bir şəxs əlindən gələn dəstəyi əsirgəməməlidir.

"Həkim və polislə bərabər kommunal sahədə çalışan işçilər də öz peşə fəaliyyətləri ilə yanaşı həyətlərimizin, küçələrimizin dezinfeksiyası ilə məşğul olurlar. Onlar da öz tərəfindən Bakıda aparılan dezinfeksiya işlərinə töhfələrini vermək qərarına gəldilər. Bütün məhlullar “BASF” şirkətinin Türkiyədəki fabrikində istehsal olunub və dünyanın bir çox iri şəhərlərində virusla mübarizədə səmərəli istifadə olunurlar", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi