Könül Nurullayeva: “Vətəndaşların prosesə nəzarəti sosial məsələlərin həllini sürətləndirəcək”

Könül Nurullayeva: “Vətəndaşların prosesə nəzarəti sosial məsələlərin həllini sürətləndirəcək” “Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “ASAN müraciət sistemi” ilk növbədə vətəndaşı narahat edən problemlərin həllini sürətləndirməyə hesablanıb. Sərəncamın əsas məqsədi kommunal, yol və infrastruktur, abadlıq və digər məsələlərlə bağlı vətənd
Daxili siyasət
7663
23 Avqust , 2020 09:51
Könül Nurullayeva: “Vətəndaşların prosesə nəzarəti sosial məsələlərin həllini sürətləndirəcək”
Könül Nurullayeva

“Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “ASAN müraciət sistemi” ilk növbədə vətəndaşı narahat edən problemlərin həllini sürətləndirməyə hesablanıb. Sərəncamın əsas məqsədi kommunal, yol və infrastruktur, abadlıq və digər məsələlərlə bağlı vətəndaş şikayətlərini aidiyyatı qurumlara yönləndirmək və onların müvafiq qanunlar çərçivəsində həllini nəzərdə tutur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, aidiyyati strukturlar hansı ərazidə  problemlərin olduğunu, onların sayını və görülən tədbirlərin xəritəsini izləyə biləcəklər. Belə ki, şikayətlər operativ surətdə dövlət qurumlarına göndəriləcək:

“Nəticə etibarı ilə məhz bu  platforma sayəsində ikitərəfli nəzarət sistemi qurulacaq. Bu da sosial problemlərə vaxtında və operativ müdaxilə sayəsində çevik tədbirlər görməyə imkan yaradacaq.

Burada həm də innovativ yeniliklərin tətbiqi sayəsində vətəndaş vaxta qənaət etmiş olacaq, eyni zamanda aidiyyatı dövlət qurumları öz fəaliyyətlərini müvafiq problemlərin çözülməsi istiqamətində  səfərbər edəcəklər. Qeyd edim ki, bu cür müraciətlər intensiv şəkildə Deputat Qərargahlarına da daxil olur. Hazırda isə şikayətlər vahid mərkəzdən idarə olunmaqla həll prosesini sürətləndirəcək”.

Könül Nurullayeva hesab edir ki, vətəndaş cəmiyyətinin sosial məsələlərin həllində iştirakı olduqca vacibdir:

“Məlumdur ki, bəzi hallarda vətəndaşların müraciətlərinə baxılmır və ya proses heç bir əsas olmadan uzadılır. Eyni zamanda bəzi  dövlət qurumlarında bürokratik əngəllər vətəndaşların haqlı narazılığına səbəb olur.

Bu mənada yeni yaradılan platforma dövlət qurumlarının məsuliyyətini artırmaqla yanaşı, sağlam rəqabət mühiti də formalaşdıracaq. Nəticədə həm vətəndaş onu narahat edən problemlərin həllinə nail olacaq, həm də dövlət qurumları öz fəaliyyətlərinin səmərəliliyini artırmış olacaq”.

Son xəbərlər

Orphus sistemi