Könül Nurullayeva Keşlə qəsəbəsində seçicilərlə görüşüb - VİDEO

Könül Nurullayeva Keşlə qəsəbəsində seçicilərlə görüşüb - VİDEO 24 saylı Nizami birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün seçki qərargahının üzvləri ilə Keşlə kənd məscidini ziyarət edib.
Daxili siyasət
24 Yanvar , 2020 15:56
Könül Nurullayeva Keşlə qəsəbəsində seçicilərlə görüşüb - VİDEO

24 saylı Nizami birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva bu gün seçki qərargahının üzvləri ilə Keşlə kənd məscidini ziyarət edib.

"Report" xəbər verir ki, o, bu barədə “Facebook” hesabında məlumat paylaşıb 

K.Nurullayeva bildirib ki, hər bir nəcib işə başlarkən ağsaqqallardan, ağbirçəklərdən, böyüklərdən xeyir-dua almaq çox vacibdir: “Bilirsiniz ki, son 15 ildə Nizami birinci seçki dairəsinin deputatı, SOCAR prezidenti Rövnəq Abdullayev olub. Rövnəq müəllimin deputat olaraq bu dairədə gördüyü işlərin sayı və keyfiyyəti olduqca böyükdür. Ona görə də təşviqata başlarkən onun da dəstəyini almaq mənim üçün çox vacib idi. Rövnəq müəllimdən xahiş etdim ki, bu gözəl gündə Keşlə məscidini birgə ziyarət edək, kənd ağsaqqalları ilə görüşək. Keşlədə çox səmimi keçən görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən böyük islahatlardan danışdıq. Qəsəbə sakinlərinin suallarını dinlədik. Sakinlər onları düşündürən problemlərə toxundular və onların həlli ilə bağlı qarşıda duran məsələləri qaldırdılar”.

O, qaldırılan bütün məsələlərin həllinin daim diqqətində olacağını deyib: “Görüşlərimiz davamlı olacaq və seçki dairəmizin hər məntəqəsini əhatə edəcək”.

Son xəbərlər

Orphus sistemi