Konstitusiya Məhkəməsinin sədri: “Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin”

Konstitusiya Məhkəməsinin sədri: “Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin” Bakı. 15 fevral. REPORT.AZ/ “Seçki prosesi həssas prosesdir. Seçki də yeniliklərə məruz qalır, bu da təbiidir. Dünyada mürəkkəb proseslər baş verir. Hər şey sabit deyil. Bu, seçki prosesinə də təsir edir”.
Daxili siyasət
15 Fevral , 2018 11:47
Konstitusiya Məhkəməsinin sədri: “Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin”
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev / Report

Bakı. 15 fevral. REPORT.AZ/ “Seçki prosesi həssas prosesdir. Seçki də yeniliklərə məruz qalır, bu da təbiidir. Dünyada mürəkkəb proseslər baş verir. Hər şey sabit deyil. Bu, seçki prosesinə də təsir edir”.

“Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, Azərbaycanda uzun illərdir, sabitlik mövcuddur: “Ölkədə əmin-amanlıq var. Bu, seçkiyə də öz təsirini göstərir. Sabitlik imkan verir ki, seçkilər şəffaf keçirilsin”.

F.Abdullayev qeyd edib ki, seçki dövlətin imicinə təsir göstərir: “Bu baxımdan Azərbaycan dövləti də bu prosesə böyük önəm verir. Ölkədə seçki qanunvericiliyi seçkilərin şəffaf keçirilməsi üçün əsas yaradır”.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi