​Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

​Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanı ziyarət edib Məhkəmənin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar
Daxili siyasət
14 İyul , 2016 12:25
​Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Konstitusiya Məhkəməsi yaradılmasının 18-ci ildönümü münasibətilə məhkəmənin rəhbərliyi və kollektivi bu gün Fəxri xiyabanı ziyarət edib.

"Report"un xəbərinə görə, məhkəmənin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, Azərbaycan Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi