Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb Şikayətə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 15-nə təyin edilmiş iclasında baxılacaq
Daxili siyasət
22 Yanvar , 2018 14:34
Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş T.Əsədullayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun fevralın 15-nə təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi