Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 20-nə təyin edilmiş iclasında baxılacaq
Daxili siyasət
23 Sentyabr , 2016 17:27
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə “Report”a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş İ.Əliyevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 20-nə təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi