Bu gün Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək

Bu gün Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclası keçiriləcək.
Daxili siyasət
5 Mart , 2020 08:01
Bu gün Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək
0 : 00
0 : 00

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılacaq.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 26-da Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. 

Son xəbərlər

Orphus sistemi