Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərin hansı məzənnə ilə ödənilməsi məsələsinə baxıb

Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərin hansı məzənnə ilə ödənilməsi məsələsinə baxıb Qərar yaxın günlərdə açıqlanacaq
Daxili siyasət
7 May , 2015 13:33
Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərin hansı məzənnə ilə ödənilməsi məsələsinə baxıb

Bakı. 7 may. REPORT.AZ/ Konstitusiya Məhkəməsi vətəndaşların banklardan dollarla götürdükləri kreditlərin hansı məzənnə ilə ödənilməsi məsələsinə baxıb. "Report" xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair məsələlər müzakirə olunub. 

İclasda tərəflər dinlənilib. Plenumda tərəflər qismində Göyçay Rayon Məhkəməsi, Ombudsman Aparatı, Milli Məclis və Mərkəzi Bank çıxış edib. Amma qərar açıqlanmayıb. Qeyd olunub ki, qərar yaxın günlərdə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi