Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Daxili siyasət
9 Dekabr , 2021 18:17
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə “Report”a məhkəmədən məlumat verilib.

İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun gələn il yanvarın 6-na təyin edilən iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi